Səhmlər və alternativ investsiyalar şöbəsinin təhliçisi

Azərbaycan Respublikasının Dövlət Neft Fondu( Fond), 1999-cu ildə Azərbaycanın neft və qaz gəlirlərini indiki və gələcək nəsillərin mənafeyi naminə idarə edilməsi və qorunması məqsədilə yaradılmış suveren sərvət fondudur. Fond milli sərvətin qorunması, nəsillərarası ədalətin təmin edilməsi və davamlı iqtisadi inkişafın təşviqində mühüm rol oynayır.

Fond səhmlər, sabit gəlirli qiymətli kağızlar, daşınmaz əmlak və digər maliyyə alətləri də daxil olmaqla, investisiya portfelini idarə edir. Fondun investisiyaları uzunmüddətli maliyyə davamlılığını təmin etməyə və ölkənin iqtisadi sabitliyinə töhfə verməyə yönəlmiş strateji yanaşma ilə idarə olunur.

Fondda Səhmlər və alternativ investsiyalar şöbəsinin təhliçisi vakansiyasına müraciət etməklə siz, təşkilatın investisiya strategiyası və portfel idarəçiliyinə töhfə vermək imkanını əldə etmiş olursunuz. Vəzifə öhdəliklərinə investisiya təkliflərinin təhlili, yoxlamanın ( due diligence) aparılması və portfelin fəaliyyətinin monitorinqi də daxildir ki, bu da Fondun Azərbaycanın suveren sərvətini davamlı şəkildə idarə etmə missiyasını dəstəkləyir. İnvestisiya Komitəsinə təqdimatlarının hazırlanması zamanı daxili və xarici tərəfdaşlarla əməkdaşlıq edərək bazar trendləri və investisiya imkanları barədə məlumatların paylaşılması zəruridir.

Uğurlu namizədlər güclü analitik bacarıqla, maliyyə modelləşdirməsi üzrə təcrübəyə və maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsinə malik olmalıdırlar. Azərbaycan və ingilis dillərində səlis bilik tələb olunur. İnvestisiya sahəsində əvvəlki təcrübə üstünlük təşkil edir, lakin biz maliyyə bazarlarına və davamlılığa həvəsli olan proaktiv namizədləri də müraciət etməyə çağırırıq. Bu vəzifə Azərbaycanın səmərəli suveren sərvət idarəçiliyinə yönəlmiş dinamik mühitdə inkişaf imkanlarını yaradır.


Siz hansı işləri görəcəksiniz? :

  • İnvestisiya təkliflərini təhlil etmək və onlar haqqında həm şifahi, həm də yazılı rəy vermək.
  • Özəl sərmayə/infrastruktur fondları və müştərək investisiya (şirkət alışları) təkliflərinin kompleks təhlilini (due diligence) aparmaq;
  • Potensial müştərək-investisiyaların (şirkətlərin) dəyərləndirmə modellərini nəzərdən keçirmək, modellərin üzərində həssaslıq və ssenari təhlili aparmaq;
  • Lazım gəldikdə, özəl səhmlər bazarında sektoral və coğrafi dəyişikliklər haqqında fikirlər formalaşdırmaq üçün bazar tədqiqatı həyata keçirmək;
  • Planlaşdırılan investisiyalar və ya tələb olunan tədqiqat mövzuları haqqında İnvestisiya Komitəsinə prezentasiyalar hazırlamaq və təqdim etmək;
  • Mütəmadi olaraq, komandadakı həmkarlarla investisiyalar və digər müvafiq mövzular haqqında həm şifahi, həm də yazılı şəkildə fikirlər paylaşmaq və müzakirə etmək;
  • Mövcud və potensial investisiya tərəfdaşlarl ilə əlaqələrin qurulması və saxlanılmasında iştirak etmək;
  • Özəl səhm portfelini rüblük olaraq izləmək və aylıq fond üzləşmələrini həyata keçirmək;
  • Komandadakı və digər şöbələrdəki həmkarları digər tələb olunan layihə və sorğularda dəstəkləmək.


Sizdən nə tələb olunur:

  • Müvafiq sahədə bakalavr dərəcəsi (maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, riyaziyyat və s.), magistr dərəcəsi üstünlükdür;
  • MS Office proqramlarında maliyyə və statistik təhlilləri aparmaq üçün sərbəst işləmə bacarığı;
  • Şirkət alqı-satqıları üzrə konsultasiya/tranzaksiya xidmətləri (biznes dəyərləndirmələri, maliyyə yoxlamaları, M&A) və ya şirkət və qurumların investisiya və korporativ maliyyə departamentlərində 1-3 il peşəkar təcrübə arzuolunandır;
  • Güclü analitik düşüncə və bazar/sektor araşdırma bacarıqları üstünlükdür;
  • Azərbaycan və ingilis dillərində mükəmməl bilik tələb olunur.


Axtardığımız namizəd kimdir?:

Biz detallara diqqət yetirən, güclü analitik və araşdırma bacarıqlarına malik və maliyyə modelləşdirməsi və biznes dəyərləndirmələri üzrə təcrübə və ya biliyə malik namizəd axtarırıq. “Due diligence” proseslərinə səlis bilik və xüsusi kapital və infrastruktur investisiyalarına dair dərin anlayış arzuolunandır. Ünsiyyət, vaxtın səmərəli idarə edilməsi, təşkilati bacarıqlar və dinamik komanda mühitində effektivlik əsasdır.


Maraqlısınız?

Biz müraciətinizi gözləyirik! Zəhmət olmasa, aşağıdakı link vasitəsilə işə qəbul sistemimiz vasitəsilə müraciət edin. Müraciətlər müraciət müddəti boyunca davamlı olaraq nəzərdən keçiriləcək.


Müraciətlər 27dekabr2024-cü il tarixinədək qəbul edilir.